Bu üsul həm texnoloji, həm də iqtisadi cəhətdən daha səmərəlidir. Fontan istismar üsulunda fluid quyularının dibindәn yer sәthinә lay təbii enerjisi hesabına qaldırılır. Fontan quyularının istismarın öncə nasos kompressor boruları quyuya endirilir, sonra quyu ağzında fontan armaturu quraşdırılır. Boruların diametri gözlәnilәn debitdәn, tәzyiq, quyunun dәrinliyi, istismar şәraiti vә istismar kәmәrin diametrindәn asılı olaraq seçilir.
Fontan quyusunun istismarı sәthi vә dәrinlik ştuserlәrinin kömәyilә tәnzimlәnir, quyunun işlәmә rejimi (neft, qaz vә mayenin debiti, quyudibi vә quyuağzı tәzyiq) quyunun öz xarakteristikalarından, ştuserdәn vә neftyığma sistemindәki tәzyiqdәn vә s. asılı olur.
Bu üsulların istifadəsi neft yatağının geoloji xüsusiyyətlərindən, layın dərinliyindən və çıxarılan xam neftin növündən asılı olaraq dəyişə bilər.
Lay enerjisi mayeni yer səthinə qaldırmağa kifayət etmədikdə, quyudakı mayenin qaldırılması üçün kompressorla sıxılmış işçi agentin (qaz və ya hava) enerjisindən istifadə edilir. Sıxılmış hava istifadə edilən üsulu "erlift", sıxılmış qaz istifadə edilən üsulu isə "qazlift" istismar üsulu adlanır. İstismar kəmərində müəyyən miqdarda dəlik açıldıqdan sonra quyuya nasos kompressor boruları endirilir.
1876-cı ildə dərinlik nasosu ilə neftçıxarma üsulu xərclərinin azlığı, avadanlığa qulluğun sadəliyi, az hasilatlı quyuların istismarının iqtisadi cəhətdən daha səmərəli olması səbəblərindən çox geniş yayılmışdır. Bu üsulda quyuya qaldırıcı boru kəmərləri ilə daxilində içi boş porşen olan (Plunjer adlandırırlar) silindr şəkilli korpusdan ibarət olan porşenli nasos endirilir. Plunjerin yuxarı hissəsinə vurucu klapan quraşdırılır. Hərəkətsiz silindrin aşağı hissəsinə isə sorucu klapan quraşdırılır. Plunjer ştanq borularının kəmərindən asılır ki, bunlar də ona yer səthində quraşdırılmış mancanaq dəzgahı ilə qaytarma-daxilolma hərəkəti ötürür.