Sosial şəbəkə

© 2024 Azgerneft, Inc.
All rights reserved

Ana səhifə

We're here to help.
Contact us

Please write to us, if you have a media enquiry. We'll do our best to get back to you as soon as possible.

We're here to help.  Contact us
ÜNVAN, TELEFON, ELEKTRON POÇT

Kontakt məlumatları

Bu hissədə olan əlaqə məlumatları vasitəsilə əlaqə saxlaya bilərsiniz

Ünvan

Əmir Bağırov küçəsi 7, Ramana, Bakı, Azərbaycan

Telefon

+994 12 451 36 05

E-poçt

office@azgerneft.com

ƏN ÇOX VERİLƏN SUALLAR

Sual cavab

Ümumi

AzGerneft MMC-nə zaman yaranmışdır?

07.07.1994-cü ildə SOCAR və Union Grand Energy PTE Ltd. arasında AzGerneft MMC-nin yaradılması haqqında müqavilə imzalanaraq yaradılmışdır.

AzGerneft MMC-nin saziş sahəsi nə qədərdir?

AzGerneft MMC-nin saziş sahəsi 667 ha-dır

İstismar sahəsi haraları əhatə edir?

Balaxanı-Sabunçu-Ramana neft və qaz yatağının Ramana hissəsidir.

İstismar fondu nə qədərdir?

AzGerneft MMC-nin istismar fondu 370 quyudur.

İşə qəbul

Azgerneft-də işə qəbul olmaq üçün nə etməliyəm?

Azgerneft-in www.azgerneft.com korporativ veb-saytının “Haqqımızda” bölməsinin “Karyerə” bölümünün “Bütün Vakansiyalar” hissəsini mütəmadi olaraq izləyə, ixtisas və iş təcrübənizə uyğun vakansiyalar olduqda, vakansiyanın tələbləri ilə tanış olduqdan sonra, “Müraciət et” düyməsi vasitəsilə müraciət edərək, işə qəbul müsabiqəsində iştirak edə bilərsiniz.

Azgerneft-ə işə qəbul ilə bağlı ərizə ilə müraciət etmişəm, cavabını necə öyrənmək olar?

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, sizin müraciətiniz, qanunvericilikdə nəzərdə tutulan müddət ərzində baxılıb cavablandırılacaq.

Azgerneft-də işə qəbul olmaq üçün vakansiya elan edilmədiyi halda CV-mi (ərizə, anket və s.) necə göndərə bilərəm?

Azgerneft-də işə qəbul yalnız burada elan olunan vakansiyalar üzrə elektron müraciət formasını doldurmaqla həyata keçirilir. İşə qəbul üçün elektron poçt (e-poçt), faks, teleqram, telefonoqram və digər vasitələrlə edilən müraciətlər və yazılı ərizələr müsabiqədə iştirak üçün əsas götürülmür.

Müsabiqə nəticələri ilə razı deyiləm. Nəticəmə yenidən baxılması üçün necə müraciət edə bilərəm?

Müsabiqənin hər hansı mərhələsi barədə sualınız/narazılığınız yaranarsa, müsabiqənin başa çatdığı tarixdən etibarən 1 (bir) ay müddətində Azgerneft-in İnsan Resursları Departamentinin direktorunun adına ərizə yazmaqla müraciət edə bilərsiniz. Azgerneft-də mövcud işə qəbul qaydalarına əsasən müsabiqə nəticələriniz araşdırılacaq və bu barədə sizə rəsmi məlumat veriləcək.

Vakansiya üzrə müsahibədən keçməmişəm. Müsahibədə kimlərin uğur qazandıqları barədə məlumat ala bilərəm?

Müsabiqə mərhələsinin nəticələri barədə məlumatlar konfidensial xarakter daşıyır və yalnız namizədin şəxsən özünə təqdim edilə bilər.