Sosial şəbəkə

© 2024 Azgerneft, Inc.
All rights reserved

Iyn 03, 2024

“Yaşıl Dünya Naminə Həmrəylik ili”nə həsr olunan intellektual yarışma

İntellektual oyun Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə  başlanıb.

 

Tədbiri giriş sözü ilə açan 198 nömrəli tam orta məktəbin direktoru Şəlalə Nadirova bildirib ki, cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi böyük tarixi əhəmiyyətə malikdir.

 

Ətraf mühitin qorunması üzrə beynəlxalq ekspert, Azgerneft MMC layihə meneceri Çingiz Məmmədov  tədbirdə məruzə ilə çıxış edib. O, tədbirdə şagirdləri dünyada və ölkəmizdə iqlim dəyişiklikləri ilə bağlı statistik məlumatlarla tanış edib. Oyunun şərtlərini şagirdlərə izah edib.

 

Azgerneft MMC əməkdaşı Şəhla  Aşurova  çıxışında noyabr ayında ölkəmizdə keçiriləcək COP29-a hazırlıq məsələlərinə toxunub. Bildirib ki,  Azərbaycanın bu möhtəbər tədbirə ev sahibliyi etməsi beynəlxalq arenada böyük nüfuza malik olmasına əsaslanan amildir. Azgerneft MMC-nin gördüyü ekoloji işlərin diqqətə layiq olduğunu kollektivin diqqətinə çatdırdı.

Tədbirin xüsusi qonaqlarından , BMT İnkişaf Proqramının İqlim Dəyişikliyinə Adaptasiya Layihəsinin əməkdaşı Sevinc Axundova məktəb heyətini və şagirdləri salamlayaraq ölkəmizin zəngin biomüxtəlifliyi, xüsusi mühafizə olunan təbiət əraziləri, biomüxtəlifliyin qorunması istiqamətində görülən işlər barədə məlumatlar verib, onları maraqlandıran suallar cavablandırılıb.

Çıxışlardan sonra, 20 dəqiqəlik vaxtın verilməsi ilə intellektual oyun başladı.Vaxt bitdikdən sonra münsiflər tərəfindən yoxlanılan cavablara əsasən qaliblər müəyyənləşdi və təltif mərhələsi baş tutdu. Qaliblər xüsusi hədiyyələr ilə mükafatlandırıldı.

Tədbir öz işini xatirə şəkillərinin çəkilməsi  ilə yekunlaşdırıb.